08.11.2019
-Sabahın xeyir. Mən də səni gözləyirdim.
+Bu şərəfə
necə nail olduğumu öyrənə bilərəm, xanım? ... Hə, anladım. Yenə kompüter, yenə
“Xəyali dostla xəyali söhbət”?
-Təbii
ki. Səninlə yazdıqlarım ən sevdiklərimdəndir. Əslində bütün yazdıqlarımı sevirəm.
Amma sənin yerin ayrıdır.
+Çox
təşəkkür edirəm, qürurlandım... Bəs... Niyə türk dilində deyil? Hər zaman türkcə
yazırdın.
-Azərbaycan
dilində yazmağımı tövsiyə etdilər, mən də yoxlamaq istədim. Düzü, azərbaycan
dilində yazdığım kitabı bilmədikləri üçün normal haldır.
+Hə,
həmin kitab. Adı da...
-Sus.
Sakit dur. Az qalsın adını deyirdin.
+Necə
deyə bilərəm axı? Yazını sən yazırsan. İstəməsən yazmazsan.
-O da
düzdür.
+Yeri
gəlmişkən, azərbaycan dilində niyə yazmadığını bilmək istəyərdim. Heç bilmirəm
sanki. Nəysə, sən təsəvvür et ki, bilmirəm. De.
-Yaxşı,
deyim. Əslində mən müxtəlif dillərdə yazmağı çox sevirəm. Məsələn, daha öncə
yazdığım “Biz ölüyoruz.....” ingilis dilində yazılmışdı. Sonra türk dilinə tərcümə
etdim. Fransız dilini öyrəndikdən sonra İn şa Allah o dildə də yazılar
yazacağam. Türk dilində yazmağımın əsas səbəbi isə hər dilin bir məqsədi
olduğuna inanmağımdır. Mənə görə azərbaycan dili gündəlik danışıq dilidir. Bu
da gündəlik həyatda onu istifadə etməyimdən qaynaqlanır. Bir də ki, azərbaycanca
əsər yazanda nağıl dilində yazıram, uşaqlıqda çox nağıl oxumağımın nəticəsi
olduğunu düşünürəm. Türk dilində də uşaqlıqdan bu yana ən çox filmlərdə, ya da
kitablarda rast gəlmişəm. Ona görə də türk dilinin mənim üçün “Yazı dili” olması
normal haldır. Fikirlərimi bu dildə daha rahat ifadə edə bilirəm. Ürəyimdən keçənləri
yazmaq üçün bu dili istifadə edirəm, hətta türk dilində düşünürəm. Necə
reaksiya verəcəklərini bilmirəm, amma bu mənim üçün normaldır. Türklərlə azərbaycanlılar
qardaş olduqları üçün rahatlıqla türk dilində yazıram. İn şa Allah gələcəkdə
öyrəndiyim başqa dilləri də əsərlərimdə istifadə edəcəyəm. Çünki bu mənim
seçimimdir. “This is exactly what I wanna do”, yəni “Bu mütləq şəkildə etmək
istədiyim şeydir.” Ölkəmi, dilimi sevirəm. Amma bu heç nəyə əngəl deyil... Məncə
bu qədər izahat bəsdir.
+Bəli,
bəli. Ətraflı şəkildə izah etdiniz, təşəkkür edirəm.
-Dəyməz.
+Bu
qulaq asdığın müğənni kimdir? Son günlərdə ancaq onun mahnılarını eşidirəm.
-Alexander
Rybak. Təzəlikcə kəşf etmişəm. Fərqli dillərdə gözəl mahnıları var.
+O da
sənin kimi bir çox dildə əsər yazır yəni?
-Bəli,
fərqli dillərdə yazır. Ən sevdiyim tərəfi isə çox gözəl əsərləri var, dilindən
asılı olmayaraq. Ona görə də heç bir sözünü anlamasam da, qulaq asıram mahnılarına.
Əslində, onu əvvəldən tanıyırdın. “Eurovision” müsabiqəsinin qalibi olmuşdu.
+Hə,
yadıma düşdü. “Fairytale” mahnısı ilə. Skripka çalan.
-Düzdür,
skripka çalan). Ən sevdiyim mahnısı isə “Leave me alone”-dur. Əsas da
klipi)))))
+Tam
olaraq səni ifadə edib o klipdə. Olmalı olduğun yerdə, dəlixanada çəkilən klip əlbəttə
ən sevdiyin klip olacaqdı. Başqa cür ola da bilməzdi.
-Paltarı
da çox gözəldir, gedim bəlkə?
+Ağıllı
ol. Orada internet yoxdur. Mahnıya qulaq asa bilməyəcəksən.
-Yox,
yox. Fikrimi dəyişdim. Evimdə qalım bəsdir...
+Narahat
olma, çox sevdiyin birinin dediyi kimi, heç kim sevməsə də, sən sevəcəksən bu
yazını, sən oxuyacaqsan. Əsas da odur. Həm mən də oxuyacağam, xəyali dostlar bu
günlər üçün var.
-Düz
deyirsən. Çox sağ ol, bir dənəsən.
+Bilirəm...
Deyəsən yazı bitir, onda gedim mən. Hələlik.
-Hələlik.....
Yorumlar
Yorum Gönder